PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dövlətimizin başçısı Əhməd Necdət Sezərin prezidentlik fəaliyyəti dövründə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində xidmətlərini qeyd edərək ölkələrimizin tərəqqisi, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi sahəsində onunla birgə həyata keçirilən səmərəli əməkdaşlığı yüksək qiymətləndirmişdir.
Əhməd Necdət Sezər göstərilən diqqətə və səmimi sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.