Prezidentliyinin ilk həftəsində Co Baydenin reytinqi 54 faiz təşkil edib
Bakı, 28 yanvar, AZƏRTAC
ABŞ-ın yeni dövlət başçısı Co Baydenin prezidentliyinin ilk həftəsində bəyənilmə reytinqi 54 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu göstərici Monmut Universitetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsaslanır. “Prezident Co Bayden öz müddətinə amerikalıların əksəriyyətinin dəstəyini qazanaraq başlayıb. Prezidentin cari reytinqi artıq Donald Trampın prezidentlik dövrünün istənilən vaxtında olduğundan yüksəkdir”, - deyə universitetin pres-relizində bildirilir.
Qeyd olunur ki, rəyi soruşulanların 54 faizi Baydenin fəaliyyətini bəyənir, 30 faizi isə əks fikirdədir. Bununla yanaşı, dəstək səviyyəsi respondentlərin partiya mənsubiyyətindən asılı olaraq dəyişir - demokratlar arasında 90 faiz, müstəqil seçicilər arasında 47 faiz, respublikaçılar arasında isə yalnız 15 faiz təşkil edir.
Sorğunun nəticələri göstərir ki, amerikalıların 61 faizi Baydenin prezident postunda həyata keçirəcəyi siyasətə nikbin, 35 faizi isə pessimist yanaşır. Dörd il əvvəl Tramp vəzifəsinin icrasına başlayarkən respondentlər daha pessimist idi - onların yalnız 50 faizi müsbət dəyişikliklər gözləyirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]