Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur MÜSAHİBƏ

Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur MÜSAHİBƏ

Bakı, 6 mart, Elçin Hüseynov, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının binasına daxil olanda adamın üzünə sanki işıq doğur. Bu, elmin və elm adamlarının işığıdır. Burada addım atdıqca keçmişin dahilərinin izi duyulur, gələcəyin elmi kəşflərinə aparan yollar görünür. Bu böyük elm məbədinin mühitində insanın elmə olan sevgisi daha da güclənir, yeni biliklərə olan marağı artır. Akademiyanın köhnə, amma möhtəşəm divarları sanki minlərlə alimin zəhmətini, fikirlərini və ümidlərini özündə yaşadır. Belə alimlərdən biri - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor, Xəzər Universitetinin müəllimi Bədirxan Əhmədli AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Bu günədək ədəbiyyatşünaslıq sahəsində qazandığınız ən böyük uğur nə olub?

-Bilirsiniz, bəlkə də bu gün mənim də məşğul olduğun ədəbiyyatşünaslıq, ədəbi tənqid kimlər üçünsə dar və məhdud bir sahə kimi görünsün. Ancaq nəzərə alaq ki, milli ədəbi fikir tarixində məhz ədəbiyyatşünaslıq və tənqidlə xalqın qəlbində özünə abidə ucaldan maarifçilər, elm adamları çox olub. Firidun bəy Köçərli, Əmin Abid, Hənəfi Zeynallı, Əli Nazim, Salman Mümtaz, Həmid Araslı, Əli Sultanlı, Abbas Zamanov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi alimlər bu sahədə fundamental tədqiqatlar aparıblar. Yəni bu işin mahiyyətində həm də maarifçilik var. Təsadüfi deyil ki, bolşeviklərin işğal zamanı ilk güllələdiyi şəxslərdən biri Firidun bəy Köçərli olub. Bir çox ədəbiyyatşünaslar – Əli Nazim, Əmin Abid, Salman Mümtaz, Bəkir Çobanzadə və başqaları repressiya olunublar. Mən də onların bu müqəddəs yolunu davam etdirərək xalqa xidmət yolunu seçmişəm. Uğura gəldikdə, bunu yazdığım monoqrafiyalar, dərsliklər, proqram və metodik vəsaitlər, elmi məqalələrimdə, Almaniya, Çin, Pakistan, Hindistan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Rusiya, Polşa və başqa ölkələrdə etdiyim onlarla məruzələrimdə görmək mümkündür.

- Çoxlu proqramların, metodik vəsaitin və dərsliklərin müəllifisiniz. İlk dəfə olaraq bakalavr, magistrant və doktorantlar üçün nəzərdə tutulmuş “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyiniz iki dəfə nəşr edilib. Bu dərslikləri hazırlayarkən hansı çətinliklərlə qarşılaşdınız?

-Hansı çətinliklərlə qarşılaşmadım ki... Deyim ki, müxtəlif dövrlərdə Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Türkiyədə Kars Kafkas Universiteti və Xəzər Universitetində otuz ilə yaxın mühazirələr oxumuşam. Gördüyüm bu olub ki, müstəqillik dövründə proqramların, metodik vəsaitlərin, dərsliklərin və dərs vəsaitlərinin nəşri, demək olar, yaddan çıxıb. Bu isə tələbə və magistrantların əvvəlki ideoloji prinsiplərlə yazılmış vəsaitlərdən istifadə etməsinə şərait yaradır. Ya da internet, vikipediya məlumatlarından istifadə etməklə kifayətlənirlər ki, bu da təhsil sistemimizə böyük bir zərbədir. Bunu hiss edərkən XX əsrin ədəbiyyat tarixini yazmağa başladım. Əvvəlcə 2009-cu ildə ədəbiyyat tarixinin proqramını tutdum və yeni dövrləşdirmə irəli sürdüm. Sonra da bu dövrləşdirməyə uyğun yüz ilin ədəbiyyatını sistemləşdirdim və tələbələrin ixtiyarına verdim. 2010 və 2011-ci illərdə bu dərsliklərin 2 cildi çap olundu. Bu yaxınlarda isə 3 cildini çap etdi. İlk dəfədir ki, tək müəllifin bir əsri əhatə edən belə bir dərsliyi işıq üzü görür. Çətin də olsa, bunun öhdəsindən gəlmək mümkün oldu. Yalnız ona görə ki, tələbələr kif basmış ideoloji dərsliklərdən istifadə etməsin. Bu işə aidiyyəti nazirliklər dəstək versələr, tələbələr üçün bu dərsliklər əlçatan ola bilər.

Artıq otuz ildən çoxdur ki, müstəqilik, ancaq hələ də köhnə, sovet dövrünün dərsliklərindən istifadə olunur. Ali məktəblərdə dərslik və dərs vəsaitlərinə münasibətdə total etinasızlıq hökm sürür. Orta məktəb dərsliklərinə qonorar verib yazdırırlar, onu çap edib pulsuz paylayırlar. Ali məktəblərin dərsliklərinə isə heç bir dəstək göstərmirlər. Alim aldığı cüzi maaşla dərslik və dərs vəsaiti, proqram və metodik vəsait çıxarmağa məcbur olur. Bu kitablar müəllifin öz hesabına çap olunur, həmin kitablar isə tələbələrə çatdırılmır. Müəllif yazdığı dərsliklər və dərs vəsaitləri üçün heç bir dəstək görmür, qonorar almır.

- Müasir Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində hansı boşluqlar hələ də qalır?

-Yüz əlli ilə yaxındır ki, Azərbaycan ədəbiyyatı sistemli şəkildə tədqiq olunur. Buna baxmayaraq, ədəbiyyatımızın elə problemləri, istiqamətləri var ki, araşdırılmasını gözləyir. Üstəlik, sovet dövründə araşdırılan bir çox problemlər, ədəbi hadisələr və şəxsiyyətlərin yaradıcılığı ideoloji mövqedən tədqiq olunduğundan yenidən araşdırılmanı zəruri edir. Maarifçi realizm, romantizm və onun hüdudları, mərhələləri, tənqidi realizm istilahları, onun nümayəndələri yenidən tədqiq olunmalı, ideoloji, siyasi yanaşmalardan azad olunmalıdır. Təəssüf ki, magistrant və doktorantlara mövzular verilərkən bunlar nəzərə alınmır. Bundan başqa, aparılan araşdırmalarda nəzəri kontekst, bədii mətnlə işləmək olduqca zəifdir. Nəzəri yanaşmaların zəifliyi həm də universitetlərdə ədəbiyyat nəzəriyyəsi fənninin getdikcə sıradan çıxmasından irəli gəlir. Hətta bütün universitetlərdən ədəbiyyat nəzəriyyəsi kafedraları ləğv edilib. Bu cür filoloji təhsildə tələbə və magistrantlar hansı nəzəri yanaşma sərgiləyə bilərlər. Doktorantura təhsilində də yeni yanaşmalar keçmək lazım gəlir.

-Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinə rəhbərlik edirsiniz. Asiya xalqlarının ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında hansı oxşarlıqları və fərqləri müşahidə edirsiniz?

-Əvvəla onu deyim ki, bu şöbə yeni yaranıb, cəmi 8 yaşı var. İndiyədək bizdə dünya ədəbiyyatı dedikdə yalnız Avropa və nisbətən Amerika ədəbiyyatı nəzərdə tutulurdu. Asiya xalqlarının ədəbiyyatı isə kənarda qalırdı. Halbuki Yaponiya, Çin, Koreya, Hindistan, Pakistan, İndoneziya, Malayziya, Vyetnam ədəbiyyatını da yaddan çıxarmaq olmaz. Çünki ədəbiyyat geniş mənada mədəniyyətin bir hissəsidir. Bu şöbənin yaranması ilə Asiya ədəbiyyatına qapılar açılmış oldu. Yapon, Çin, Koreya yazıçıları son illərdə Nobel mükafatına layiq görüldülər. Keçən ilin dekabrında “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” adlı beynəlxalq konfrans keçirdik. Konfransa dünyanın müxtəlif ölkələrindən alimlər qatılmışdı. Mən və şöbə əməkdaşları Çin, Pakistan, Hindistan, Türkiyə, Özbəkistan, Qazaxıstan və s. ölkələrdə simpoziumlarda iştirak edərək müxtəlif mövzularda məruzələr oxumuşuq.

Sualınıza gəldikdə isə deyə bilərəm ki, bu yaxınlığı ən çox Koreya ədəbiyyatında hiss etmişəm. Cənubi Koreya yazıçısı Şin Qyonqun “Anam sənə əmanət” romanı sanki Azərbaycan həyatından yazılıb. Romandakı itkin düşən Ana bütün qayğıları, arzuları, işgüzarlığı, övladcanlılığı ilə əsl azərbaycanlı ana obrazıdır. Başqa bir Koreya yazıçısı Hanq Kanğın “Vegeterian” romanı isə keçən il Nobel mükafatına layiq görüldü. Bu roman haqqında hələ 2019-cu ildə yazdığım məqalədə əsərin dünya ədəbiyyatındakı yerini göstərməyə çalışmışdım. Əsər mükafat aldıqdan sonra mənim bu məqaləmə çoxlu müraciətlər və istinadlar oldu.

- Sizcə, XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq dövrü hansıdır və niyə?

- Bu, baxır ədəbiyyatı hansı kontekstdən qiymətləndirirsən. Yəni Azərbaycan ədəbiyyatının bütün dövr və mərhələlərində görkəmli şəxsiyyətlər olub. Azərbaycan ədəbiyyatı janr, forma, ideya cəhətdən müxtəlif inkişaf mərhələləri keçib. Mənə görə, ən zəngin mərhələ XX əsrin əvvəlləridir. Yəni bu dövr bütün mahiyyəti, xarakteri, inkişaf istiqamətləri ilə tamamilə yenidir. Bu dövrü mən “XX əsr Azərbaycan ədəbiyyatı” monoqrafiyamda milli hərəkat dövrü adlandırmışam. Təsəvvür edin ki, yüz ilə milli kimliyini müəyyən etməkdə çətinlik çəkən Azərbaycan xalqı çox qısa bir zamanda milli özünüdərk prosesindən keçərək milli dövlətçiliyini yaratdı, Cümhuriyyətini qurdu. Burada Azərbaycan bədii düşüncəsi də böyük məsafə qət etdi. Ədəbi, ictimai hadisələr, şəxsiyyətlər baxımından da bu dövr çox zəngindir. Maarifçi realizm, romantizm, tənqidi realizm ədəbi cərəyanları məhz bu dövrdə üçlükdə addımlayıb, ictimai fikir “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturunu formalaşdıra bilib. Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Əliabbas Müznib, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və başqa onlarla ədəbi, ictimai xadimlərin birgə səyi ilə ədəbi, elmi, maarifçi, siyasi düşüncədə böyük proseslər baş verdi. Şübhəsiz, bu prosesdə bədii düşüncənin, ədəbiyyatın rolu əvəzedilməz oldu. Çünki ictimai-siyasi cəhətdən hələ tam yetkin olmayan xalq məhz bədii əsərlərlə özünüdərk prosesindən keçdi, özünü tanıdı. Hələ Azərbaycan bədii, ictimai fikrinin heç bir dönəmində bu qədər məsafə qət edilməmişdi.

-Gənc ədəbiyyatçılara hansı məsləhətləri verərdiniz? Onların qarşılaşdığı əsas çətinliklər nələrdir?

-Gənc ədəbiyyatçılar dedikdə elmə gələnləri nəzərdə tuturuqsa, bunu demək mənim üçün çox çətindir. Bu gün elmə gələnlər üçün kifayət qədər maddi və mənəvi stimul yoxdur. Üstəlik gənclərin qarşısında elə baryerlər çəkilib ki, heç kim o baryerləri aşmaq istəməz. Söhbət dissertant və doktorantların qarşısında yaradılmış süni qadağalardan, yanlış yanaşmalardan gedir. Elmin təşkilində də boşluqlar var. Elmlə məşğul olanlar bu boşluqda əzilir, sınır və məşğul olduğu sahədən məmnun olmur. Hər şey də bu məmnuniyyətdən asılıdır.

-Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması üçün daha hansı addımlar atılmalıdır?

-Azərbaycan ədəbiyyatını əvvəl evin içində tanıtmaq lazımdır, sonra özü-özünü tanıdacaq. Yəni bu gün bədii əsərlər cəmi min tirajla çap olunursa, hansı tanıtmaqdan söhbət gedə bilər. Belə baxanda indi ədəbiyyatın tanınmasında texniki imkanlar çoxalıb. Keyfiyyətli tərcümələr sayəsində bədii əsərlərimiz dünyaya yayıla bilər. Məsələn, dramaturq, yazıçı, filosof Firuz Mustafanın əsərləri rus oxucularına yaxşı tanışdır və onun yaradıcılığı haqqında geniş məlumatları var. Bunu da Firuz müəllim öz imkanları ilə edib. Lakin ədəbiyyatımızı dünyada tanıtmaq istəyiriksə, onun təbliği ilə də məşğul olmalıyıq.

-Ədəbiyyata olan marağınız necə yarandı? İlk tədqiqatınızı xatırlayırsınızmı?

-Ədəbiyyata olan marağım Gürcüstanın Başkeçid rayonunun Az.Gəyliyən kəndində başladı. Kənd kitabxanasına Azərbaycandan kitablar gəlirdi. Buradakı kitabların demək olar ki, çoxunu oxumuşdum. Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuduqda İsmayıl Şıxlı, Feyzulah Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, İsrail Mustafayev kimi ədəbiyyat adamlarından dərs aldım. Təyinatla Sabirabad rayonun Abdulabad kəndinə, vaxtilə romantik şairimiz Abbas Səhhətin də işlədiyi orta məktəbə göndərildim. Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul oldum və bundan sonra elmlə məşğul olmağa başladım. Burada da görkəmli alimlərlə tanış olmaq, onların araşdırmalarını izləmək fürsətim oldu.

- Siz həm də jurnalistika ilə məşğul olmusunuz. Jurnalistikanı elmə nədən dəyişdiniz?

-Bunun bir tarixi var. 1990-cı ilin 20 Yanvar qırğınından sonra Milli Arxiv İdarəsində işləməyin mənası qalmadı. Mənə elə gəlirdi ki, baş verən həqiqətləri cəmiyyətə çatdırmaq lazımdır. Publisistika buna imkan verirdi. Elə bu zaman professor Teymur Əhmədov Azərbaycan Qaçqınlar Cəmiyyətinin “Vətən səsi” adlı qəzetini çıxarmağa hazırlaşırdı. Məni də dəvət etdi və şöbə müdiri kimi burada işə başladım. İlk işim arxivdən surətini çıxardığım Gülüstan və Türkmənçay müqavilələrini Xalq şairi Osman Sarıvəllinin oğlu Seyranla tərcümə etmək və qəzetdə vermək oldu. Buna qədər bu müqavilələri yalnız bir neçə tədqiqatçı görə bilmişdi. Buradakı məqalələrimi “Başkeçidli”, “Bədirxan Başkeçidli” imzaları ilə dərc etdirirdim.

-Maraqlıdır, burada nə qədər işlədiniz?

-Heç ilyarım çəkmədi, artıq Azərbaycan müstəqil idi, onun strukturları yaradılırdı. Bu strukturlardan biri də Müdafiə Nazirliyi idi. Nazirliyin isə “Xalq ordusu” qəzetini yaratmaq işi gənc hərbi müxbir Üzeyir Cəfərova tapşırılmışdı. Üzeyirin ilk məqaləsini mən redaktə edib qəzetdə çap etdirmişdim. Ona görə də məni bu qəzetə dəvət etdi. İlk sayından başlayaraq 1999-cu ilədək bu qəzetdə işlədim. Əvvəlcə şöbə müdiri, sonra isə redaktor müavini kimi. Mən artıq burada hərbi mundir geyinir, milli ordunun zabiti kimi çalışırdım. 1999-cu ildə ehtiyata və istefaya çıxanda Qarabağ müharibəsi veteranı idim.

- Həyat və elm yolunda sizə ən çox təsir edən müəllimləriniz və alimlər kimlər olub?

-Mən kəndimizin ilk alimiyəm, bu mənada, mənim uşaqlığımda təsir göstərən elm adamı olmayıb. Dayım Emin Mahmudov Tbilisidə Azərbaycan radiosunun redaktoru idi, onun da müəyyən təsiri oldu. Ancaq tələbəlik illərində tələbə yoldaşım, dostum Fazil Mustafayevin əmisi oğlu - tənqidçi, fəlsəfə doktoru İsrail Mustafayevin mənim formalaşmağımda rolu çox olub. Bəlkə ona görə ki, onu yaxından tanıyırdım, məqalələrini izləyirdim. Bir də müəllimlərimin araşdırmaları, şəxsiyyətləri mənə çox təsir edib. Görünür ki, bunun da rolu az olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub