Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib
Bakı, 5 noyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin akademiki seçilib və qurumun medalı ilə təltif olunub.
Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Vüqar Əhməd bu mükafata Azərbaycan və türk xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu “Turan” Elmlər Akademiyasının prezidenti akademik Heydərbəy Bababəyov Vüqar Əhmədə bununla bağlı təbrik məktubu da göndərib.
Qeyd edək ki, Vüqar Əhməd ötən həftə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [13:53]
Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb
- 15.09.2026 [13:31]
Mərkəzi Elmi Kitabxanada Bilik Günü münasibətilə sərgi açılıb
- 15.09.2026 [13:09]
Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR
- 15.09.2026 [13:07]
“SABAH.city” - Azərbaycanda bilik iqtisadiyyatına keçidin strateji modeli
- 15.09.2026 [12:42]