Putin Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu bildirib
Moskva, 22 yanvar, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Fələstin xalqını dəstəkləmək və Qəzza zolağını yenidən qurmaq üçün Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Rusiya lideri bu açıqlamanı Moskvada Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşündə verib.
Vladimir Putin vurğulayıb ki, bu, ilk növbədə Qəzza zolağının yenidən qurulması üçün vəsaitlərin istifadəsi və Fələstin məsələlərinin həlli ilə bağlıdır. “Mən bunu artıq demişəm - əvvəlki administrasiya dövründə ABŞ-da dondurulmuş vəsaitlərdən ayrılmalıdır. Düşünürəm ki, bu, tamamilə mümkündür”, - deyə o bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]