Pxençan şəhərində XII Qış Paralimpiya Oyunlarının təntənəli açılışı olub
Bakı, 9 mart, AZƏRTAC
Cənubi Koreyanın Pxençan şəhərinin Olimpiya stadionunda XII Qış Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Koreya Respublikasının Prezidenti Mun Ce-in turnirin başlanmasını elan edib.
AZƏRTAC xəbər verir ki, 10 gün davam edəcək Paralimpiadada 80 dəst medal uğrunda idmanın 6 növündə - biatlon, dağ xizəyi idmanı, xizəksürmə, snoubord, slec-xokkey və arabada kerlinq yarışlarında mübarizə aparılacaq.
Qış Paralimpiya Oyunları 1976-cı ildən keçirilir, 1992-ci ildən isə Olimpiya Oyunları bitəndən dərhal sonra elə həmin paytaxtda təşkil olunur. Cənubi Koreya Paralimpiya Oyunlarını ilk dəfədir ki, qəbul edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]