Qadın güləşçilərimiz İslamiadaya qızıl medalla start veriblər
Bakı, 21 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Mayın 21-də Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Leyla Qurbanova (53 kq) ilk görüşdə Türkiyə təmsilçisi Burcu Kevicini tam üstünlüklə məğlub edib. İkinci oyunda qazaxıstanlı Aygül Nuralimi 6:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qadın güləşçilərimizin İslamiadada ilk qızıl medalına sahib olub.
Beləliklə, Azərbaycanın qadın güləşçiləri IV İslam Həmrəyliyi Oyunlarına qızıl medalla start veriblər.