Qadın həndbolçular arasında Azərbaycan çempionatı: “Azəryol” liderlə xal fərqini azaldıb
Bakı, 27 fevral, AZƏRTAC
Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Çempionatın lideri “Azərsu” kollektivi “İdman Akademiyası” komandasını sınağa çəkib. Rəqibi bütün göstəricilərdə üstələyən “Azərsu” çətinlik çəkmədən qalib gəlib - 47:17.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, çempionluğa iddialı digər komanda - “Azəryol” isə həftəsonu iki oyun keçirib. Bakıda “Olimpiya”nın qonağı olan “Azəryol” ilk oyunda 40:18, ikinci qarşılaşmada isə 34:22 hesabı ilə qələbə qazanıb.
Uğurlu seriyanı davam etdirən “Azərsu” 30 xalla çempionatın vahid lideridir. İkinci pillədəki “Azəryol” komandası liderlə xal fərqini ikiyə endirib. “Qarabağ” 14 xalla üçüncü yerdə qərarlaşıb. “İdman Akademiyası” ilə “Olimpiya”nın 7 xalı var. Autsayder “Gənclər Birliyi” hələ ki xal qazana bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start görürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]