Qadın şahmatçılarımız Avropa çempionatında medal qazanıblar
Bakı, 31 avqust, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında bu gün son turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlində ikinci sırada qərarlaşan şahmatçımız Günay Məmmədzadə Aleksandra Maltsevska (Polşa), Gövhər Beydullayeva Nana Dzaqnidze (Gürcüstan) və Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə heç-heçə edib.
Ülviyyə Fətəliyeva Azərbaycan millisində komanda yoldaşı olan Gülnar Məmmədova, Xanım Balacayeva Alisiya Sliviçka (Polşa) və Səbinə İbrahimova Mixalina Rudzinska (Polşa) üzərində qələbə qazanıb.
Lider Monika Soçko (Polşa) Lilit Mkrtçyanla (Ermənistan) heç-heçə edərək xalını 8,5-ə çatdırıb və Avropa çempionu olub. Günay Məmmədzadə 8 xalla gümüş, eyni xala sahib olan Ülviyyə Fətəliyeva isə bürünc medal qazanıb.
Gülnar Məmmədova 7 xalla 15-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva eyni xalla 19-20-ci, Ləman Hacıyeva 6,5 xalla 23-cü və Səbinə İbrahimova 52-ci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]