Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilir
Bakı, 3 dekabr, AZƏRTAC
Qadın voleybolçular arasında Yüksək Liqada yeni mövsümə bu gün start veriləcək.
AZƏRTAC xəbər verir ki, I turun açılış oyunu “Gəncə” və “Abşeron” komandaları arasında keçiriləcək. Gəncə İdman Sarayında təşkil olunacaq görüş saat 14:00-da başlayacaq. Günün ikinci qarşılaşmasında “Milli Aviasiya Akademiyası” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl”i qəbul edəcək. Matça saat 15:00-da start veriləcək. Turun bağlanış oyununda isə UNEC saat 17:00-da “Murov Az Terminal”ın qonağı olacaq.
Qeyd edək ki, reqlamentə əsasən, 2 dövrədən ibarət liqada (ev-səfər) oyunlar dairəvi sistem üzrə keçirilir. Bu dövrələrdən sonra ilk 4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]