Qadınlar arasında stolüstü tennis üzrə Türkiyə millisi bürünc medala sahib olub
Bakı, 21 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
İslamiadada qadınlar arasında stolüstü tennis üzrə komanda yarışında üçüncü yer uğrunda görüşdə qalib gələn Türkiyə idmançıları bürünc medala sahib olublar.
AZƏRTAC xəbər verir ki, türkiyəli atletlər üçüncü yer uğrunda görüşdə Pakistan təmsilçilərinə qalib gəliblər - 3:1.