Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə Əqli Mülkiyyət Agentliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov builki tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində həyata keçirildiyini bildirib. Qeyd edib ki, tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır: “Bu qələbəni biz - qalib xalqın nümayəndələri bu gün yeniləşən və qüdrətlənən Azərbaycanda, ölkəmizin nüfuzunun artmasında görürük, dövlətimizin başçısı İlham Əliyevin son 20 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində görürük.

Bugünkü reallıqlar Ulu Öndərin qələbəsidir, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir”.

Kamran İmanov deyib: “Həqiqətən, qadınların gözündə ideyanın da həmişə siması var və bu səbəbdən bəşər kitabının mündəricatı qadınlardır. Prezident vurğulamışdır ki, “xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır”.

Əqli mülkiyyətə gəldikdə isə, qeyd edək ki, bu fenomen heç bir zaman öz-özünü təmin edən hədəf, öz-özlüyündə abstrakt vasitə olmamışdır. Əqli mülkiyyət xidmətçi sahə kimi “mövcud biliklərdən yaranan və yeni biliklərlə nəticələnən fenomendir”.

Agentlik sədri qeyd edib ki, ənənəvi mənada “əqli mülkiyyət” ifadəsini işlədərkən, intellektual, yaradıcılıq məhsuluna məxsus olan hüquqlardan söhbət açılır.

Lakin əqli mülkiyyətin (ƏM) anlayışı və onun dərk edilməsi yenilənir. Çünki bu institutun fəaliyyət dövriyyəsi ənənəvi kontekstdən fərqli olaraq, müasir zamanda yeni çağırışlarla rastlaşır. Bunun səbəbi isə ilk növbədə cəmiyyətimizin əhəmiyyətli texnoloji dəyişikliklərlə üz-üzə gəlməsidir, ƏM landşaftına artan təsiridir və həmin çağırışların ƏM-in evolyusiyasını anlamaq üçün vacibliyidir.

ƏM kateqoriyasının müasir, yeniləşmiş təsəvvürü onun ikili təbiətinə əsaslanır: ƏM obyekti bir tərəfdən qeyri-maddi aktivdir (hüquqlardır), digər tərəfdən isə qorunma bu obyektlərə obyektiv formada olduğu halda təqdim edilməsidir (maddi obyekt).

“Zənnimizcə, ƏM-in müasir kateqoriyası anlayışında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) yalnız müstəsna hüquqlar yox, onlarla yanaşı bilavasitə ƏFN də nəzərə alınmalıdır, çünki bazarda tələb və təklif kimi hüquqlar deyil, hüquqlar şamil edildiyi ƏFN birbaşa iştirak edir. Əqdlərdə isə qorunan hüquqların həcmi və verilmə qaydaları nəzərə alınır. Bu cür yanaşma bir tərəfdən ƏM institutunun sinergetikasını, emergentliyini nəzərə alır, hüquq (yurisprudensiya) ilə yanaşı, onun iqtisadiyyatına və sosiologiyasına diqqət yetirir. Digər tərəfdən isə ƏM ekosisteminin institusional dəyişikliklərini gündəmə gətirir”, - deyə Kamran İmanov bildirib.

O qeyd edib ki, kommersiyalaşma (iqtisadiyyat) və sosial effekt (sosiologiya) ƏM institutunun zəruri hissələrinə çevrildiyi halda, hüquq (yurisprudensiya) sistem formalaşdıran amil kimi çıxış edir və ƏM institutunun nəticələrinin real dəyərləndirilməsinə imkan verir.

Məsələn, patent və əmtəə nişanları ilə məşğul olan təşkilatı götürək. Bu ƏM strukturu sadəcə xidməti sahə deyil və qorunma sənədlərinin verilməsi ilə kifayətlənməməlidir. Əslində qorunmanın səmərəliyini nəzərə alan, analitik trendləri ölçən, bazarın rəqabət qabiliyyətinə təsirini göstərən və qorunan obyektlərin sosial hissəsini təhlil edən struktur olmalıdır.

Yeniliklərin iqtisadi amili, kommersiyalaşması olmadığı halda innovasiyalar da yoxdur. Müəlliflik hüququ (Copyright) nəzərə alınmadığı halda sosial effekt və kreativ industriyanın nəzərə çarpan effektinin payından imtina etmiş oluruq.

Beləliklə, bir örtük altında sənaye mülkiyyəti (ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları) və müəlliflik hüququ (Copyright) birləşməsi zəruriyyətə çevrilir. Uzun illər bu qollar bir-birindən ayrılıqda fəaliyyətdə idilər. Lakin Prezident İlham Əliyev institusional islahatlar həyata keçirdi. Əqli Mülkiyyət Agentliyi yaradıldı, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz - Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası tərkibinə verilib və Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb.

Əqli Mülkiyyət Agentliyinin yaradılması və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu öz töhfələrini verməkdədir. Dövlət-inzibati funksiyaları yerinə yetirən publik hüquqi şəxs, eyni zamanda, fəaliyyətlərindən əldə olunmuş vəsaitlər hesabına saxlanma və digər xərclərinin optimallaşdırılmış üsullarla idarə olunmasına malikdir.

“Hazırda çalışan dövlət qulluqçularının sayı 43 nəfər, işləyənlərin ümumi sayı isə 32 nəfər azaldılaraq, il ərzində bir milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək mümkün olub. Dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əməkhaqları maliyyələşdirilir. Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bu isə institusional islahatın effektivliyinin təsdiqidir.

Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir”, - deyə Kamran İmanov qeyd edib.

O deyib ki, həyata keçirilən digər infrastruktur layihəsi bu qurumun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin birgə təsisçiliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təlim mərkəzlərinin statusuna bərabər olan “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi”, habelə Agentliyin nəzdində Bakı Dövlət Universitetinin Əqli Mülkiyyət Hüququ kafedrasının filialının yaradılmasıdır. Burada tələbələrin təhsili üçün müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalar ayrılıb.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə yaradılan sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi olaraq qeyd olunmalıdır. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin etmiş, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərmiş, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.

Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) obyektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılıb. Bununla əlaqədar Agentlikdə prosesə nəzarət edəcək mütəxəssislər müəyyən edilib və zəruri texniki işlər görülüb.

İnfrastrukturun yeni layihələri sırasında yaradılmış “Çağrı mərkəzi”nin fəaliyyəti əqli mülkiyyət obyektləri, o cümlədən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin, habelə ixtira və patent fəallığının daha da artmasına müsbət təsirini göstərib. 2022-ci il ərzində əqli mülkiyyət məsələlərinə dair “Çağrı Mərkəzi” vasitəsi ilə daxil olmuş 31730-dan artıq müraciət cavablandırılıb. Keçirilmiş sorğulara əsasən “Çağrı Mərkəzi”nin fəaliyyəti ictimai rəydə ən yüksək qiymət alıb.

2022-ci ildə Agentliyə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 271 iddia sənədi (keçən illə müqayisədə 83 ədəd çox) Bu artım ixtira fəaliyyətinin stimullaşdırılması nəticəsində baş verib.

Dövlətimizin başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Əqli Mülkiyyət Agentliyinin qarşısında duran vacib vəzifələr açıqlanıb. Bu sırada “İnnovasiya ekosisteminin inkişafı” istiqaməti üzrə əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması; effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması; həmçinin patent məlumatlarının beynəlxalq göstəriciləri əsasında ölkənin texnoloji profilinin (patent landşaftının) və tədqiqat istiqamətlərinin müəyyən edilməsi və texnologiya inkişaf səviyyəsinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, Agentlik Azərbaycan məhsullarının və “Made in Azerbaijan” brendinin hədəf bazarlarda aktiv təşviqi və bu sahədə ixrac potensialının gücləndirilməsində, əqli mülkiyyət, eləcə də idarəetmə üzrə mexanizmlərin formalaşdırılmasında fəal iştirak edir.

Son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü işlər ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə (2022-ci ilə görə Hesabat hələlik dərc olunmamışdır), Azərbaycan 141 ölkə arasında “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutur və bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır.

132 ölkəni əhatə edən “Qlobal İnnovasiya İndeksi (Qİİ) 2022 Hesabatı”nda Azərbaycan “İnnovativ resurslar” altindeksi üzrə reytinqdə 79-cu yeri tutur. “Tədqiqat və inkişaf” inteqral göstəricisində ölkəmiz mövqeyini yaxşılaşdıraraq 76-cı yerə yüksəlib.

2022-ci ildə daha bir beynəlxalq təşkilat - “Mülkiyyət Hüquqları Alyansı” (The Property Rights Alliance) tərəfindən hazırlanmış 129 ölkəni əhatə edən Hesabatda Azərbaycan reytinqdə 60-cı yeri tutaraq Ermənistan (63), Gürcüstan (72), Qazaxıstan (75), Rusiya (85), Moldova (95) və Ukraynanı (105) qabaqlayır.

“Əqli mülkiyyət hüququ” qrupunda ölkəmiz Qazaxıstan (86), Moldova (90), Ermənistan (91), Ukrayna (93) və Gürcüstandan (112) irəlidədir, üstəlik “Əqli mülkiyyətin mühafizəsinin dərk edilməsi” göstəricisinə görə Azərbaycan reytinqdə yüksək 30-cu yeri tutur.

ABŞ Dövlət Departamentinin 2022-ci ildə Azərbaycanın investisiya mühiti haqqında yaydığı hesabatın (“2022 Investment Climate Statements: Azerbaijan”) 5-ci bölməsinin “Əqli mülkiyyət hüquqları” hissəsində də ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsinin yaxşılaşması qeyd edilib.

Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5 faizi ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-40 faiz aşağı düşüb.

Hazırda Azərbaycan ÜƏMT-nin rəhbər orqanlarında təmsil olunur. Həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsi və nümayəndəmizin ÜƏMT-nin “Müəlliflik hüququna dair Müqaviləsi”nin Assambleyasının rəhbəri seçilməsi artan nüfuzumuza dəlalət edir.

Qadınlarımız istənilən millətin insan resurslarının çox əhəmiyyətli hissəsidir. Elm və texnologiyalar, innovasiyalar və kreativlikdə qadınlar istedad xəzinəsidir.

Son illərdəki müşahidələr göstərir ki, gender asimmetriyasının azaldılması qadının rolunu ədalətli səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi inkişafa da səbəb olur.

“Söylədiklərimiz gender bərabərliyinin iqtisadi əhəmiyyətidir. Bununla yanaşı, müasir “biliklər cəmiyyəti”ndə, “biliklərə əsaslanan iqtisadiyyatda” ƏM-in qorunması kreativlik və yenilikçiliyin stimullaşdırılmasında, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində, innovasiyalı mühiti formalaşdıran əsas vasitədir.

Lakin ƏM ilə bağlı siyasətdə təəssüflər olsun ki, qadınlar kişilərlə müqayisədə hələlik geridədirlər və bu fərq tezliklə aradan qaldırılmalıdır. Bu yalnız mənəvi borc deyil, bugünkü rəqəmli dünyanın inkişafının mütləq şərtidir”, - deyə Kamran İmanov qeyd edib.

Konfransın açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, mədəniyyət naziri Adil Kərimli çıxış ediblər. Çıxışlarda Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib, bugünkü konfransın mövzusunun aktuallığı vurğulanıb.

Konfransda Kamran İmanovun “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq”, Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəylinin “Qadın və əqli mülkiyyət: qadın yazıçı, şair və bəstəkar”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayevanın “Qadın və əqli mülkiyyət: qadın yaradıcılığının inkişafında dövlətin və ailənin rolu”, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmovanın “Qadın və əqli mülkiyyət: qadın ixtiraçı”, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktorunun müavini Nərgiz Hacıyevanın “Qadın və əqli mülkiyyət: sahibkar qadının fəaliyyətində əmtəə nişanının rolu”, Elm və Təhsil Nazirliyinin Təhsil islahatlarının koordinasiyası sektorunun müdiri Leyla Xəlilovanın “Qadın və əqli mülkiyyət: qadın tədqiqatçılar” mövzusunda məruzələri dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu