İQTİSADİYYAT
QAFQAZ KONSERV ZAVODU ƏT KONSERVİ İSTEHSAL EDƏCƏKDİR
Zavodun direktoru İldırım Sutçu AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda zavod saatda 4 ton məhsul istehsal edir. İstehsalda tomat, tərəvəz konservəri, meyvə şirələri daha çox üstünlük təşkil edir. Bu məhsullar ölkə əhalisinin tələbatını ödəyir və artıq Rusiya və Avropaya ixrac olunur.
Yaxın günlərdə isə ət məhsullarının konservləşdirilməsinə başlanacaqdır. Artıq belə məhsulların texnologiyası öyrənilib və zavodda tətbiq edilir. Hələlik məhsuldarlıq az olsa da gələn aydan kütləvi istehsala başlanacaqdır. Bu da öz növbəsində rayon iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına, respublikamıza bu cür məhsulların idxalının qarşısının alınmasna səbəb olacaqdır.