QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN BƏYANATI
Qara dənizdən Xəzərədək böyük coğrafi məkanda yaşayan milyonlarla dindarın iradəsindən çıxış edərək, onların dərin hiddət və qəzəbini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə aşağıdakıları bəyan etmək istəyirik.
Biz, İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Qafqaz müsəlmanları müqəddəs dini hisslərimizin təhqir edilməsini heç bir vəchlə qəbul edə bilmərik. Bu mənada, son vaxtlar bir sıra Qərbi Avropa ölkələrində islam dini dəyərlərinin bilərəkdən alçaldılmasını, sonuncu Peyğəmbər Həzrəti Mühəmmədə (S) hörmətsiz münasibət nümayiş etdirilməsini biz əsil cinayət kimi dəyərləndiririk. Hesab edirik ki, bu, nəinki müsəlmanlara, habelə bütün bəşəriyyətə qarşı yönəlmiş təxribatdır və bundan məqsəd bəşər ailəsində çaxnaşma və nifaq salmaq, ayrı-ayrı ölkələr daxilində, müxtəlif dinlərə mənsub insanlar arasında qarşıdurma yaratmaq, dözümsüzlük meyillərini alovlandırmaqdır.
Bu, olduqca təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, belə meyillər demokratik dəyərləri ilə öyünən, dünya miqyasında bir çox problemlərin çözülməsində qabaqcıl rol oynamaq istəyində olan və bizlərə bir sıra sahələrdə örnək olmağa çalışan bəzi Avropa ölkələrində intişar tapır. Birmənalı şəkildə bildiririk ki, müsəlman dünyasında, o cümlədən Azərbaycanda bütün dünya dinlərinə, onların ehkam və rəmzlərinə olduqca həssas münasibət bəslənilir. Biz müsəlmanlar bunu özümüzə mənəvi borc sayırıq ki, bunun da kökü ilahi kitab olan Müqəddəs Qurani-Kərimdə təsbit olunmuşdur. Belə ki, İslamın Hidayət kitabında bütün peyğəmbərlər hörmətlə yad edilir, İbrahim, Musa və İsa əleyhissəlamın adları dəfələrlə Həzrəti Mühəmməd Peyğəmbərin sələfləri kimi zikr olunur. Bu baxımdan, müsəlmanların Həzrəti Mühəmmədə (S) eyni tərzdə münasibət tələb etmələrinə, təbii ki, haqları çatır. Biz inanmaq istərdik ki, digər dinlərin nümayəndələri - din xadimləri və dindarlar müsəlmanların dərin hiddətinə səbəb olmuş bu çirkin addıma qarşı öz etiraz səslərini ucaldacaq, dinlərarası münasibətlərin düzgün məcrasına yönəldilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. Bu, dünyamızın salamatlığı, beynəlxalq sabitliyin qorunub saxlanılması, sivilizasiyalararası qarşıdurmanın önlənməsi üçün olduqca zəruridir.
Qafqaz Müsəlmanları İdarəsi bölgənin milyonlarla müsəlmanlarının iradəsini ifadə edərək, Danimarka başda olmaqla, bəzi Avropa ölkələrinin hökumətlərinə müraciət edir, öz qəti etirazını bildirir və tələb edir ki, yol verilmiş ağır qəbahətə görə dünya müsəlmanlarından üzr istəsinlər, sivil cəmiyyətə başucalığı gətirməyən belə yaramaz halların bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görsünlər, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların layiqli cəza almalarını təmin etsinlər.
Eyni zamanda, biz müsəlman qardaş və bacılarımıza üzümüzü tutaraq, onları belə təxribatlara uymamağa, bütün hərəkətlərində müqəddəs dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırırıq.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
MÜƏLLİFLƏ ƏLAQƏ
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]