Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskvada Azərbaycan diasporunun üzvləri ilə görüşüb
Moskva, 21 sentyabr, AZƏRTAC
Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan diasporunun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, QMİ-nin rəhbəri Azərbaycanda dövlət-din münasibətlərindən danışıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısını vurğulayıb.
A.Paşazadə İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, dini məbədlərin yenidən qurulması, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesi barədə məlumat verib. Bundan başqa, QMİ sədri ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətindən söhbət açıb.
Görüş zamanı şeyxülislam diaspor nümayəndələrini maraqlandıran suallara cavab verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:10]
Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub
- 09.09.2026 [12:55]
“Himayədar ailə” modeli təbliğ olunur
- 09.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.09.2026 [11:22]