Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma, Gəncəçay-Zurnabad və Kürəkçay-Çaykənd məntəqəsində 3 santimetr artım qeydə alınıb. Bununla yanaşı, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçay-Şıxlar və Lənkərançay-Sifidor məntəqələrində suyun səviyyəsi dəyişməyib, Təngərüdçay-Vaqo məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprel ayının birinci ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq normanın 64, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda normanın 57-83, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə normanın 27-20 faizini təşkil edir.
Aprelin 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 245 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 93 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 67 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən dəyişməyib. Belə ki, suyun səviyyəsi Kür çayının Bankə məntəqəsində dəyişməyərək 107 Surra məntəqəsində dəyişməyərək 310 santimetr olub, Şirvan məntəqəsində 4 santimetr azalaraq 117, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalıb və 54 santimetr təşkil edib.