Qanlı Yanvar - faciəmiz və şanlı tariximiz
Astara, 19 yanvar (AZƏRTAC). Astara Rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “1990-cı ilin yanvarı - faciəmiz və şanlı tariximizdir” adlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov bildirmişdir ki, 20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq və rəşadət səhifəsidir.
Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov mövzu ilə bağlı məruzə etmişdir. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının silahlı birləşmələri Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törətmişlər. Vətənin azadlığı uğrunda mübarizəyə qalxan, torpağına edilən təcavüzə etirazını bildirən silahsız, günahsız insanlara xüsusi amansızlıqla divan tutulmuşdur. Həmin hadisələr zamanı 147 nəfər qətlə yetirilmiş, 700-dən çox insan yaralanmışdır. Öldürülənlər arasında qadın və uşaqlar da olmuşdur.
Tədbirdə çıxış edənlər Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda əsl həqiqətlərin dünyaya çatdırılmasında, bu faciəyə siyasi və hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər.
Mərasimdə məktəblilərin ifasında 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]