Qanlı Yanvar xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürüdür
Bakı, 19 yanvar, AZƏRTAC
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. Bu faciənin bəşər tarixində qara səhifə olaraq qalacağını və xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
İnstitutun həmkarlar ittifaqı komitəsinin sədri Məmməd Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev 20 Yanvar faciəsinin xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu söyləyiblər.
Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]