Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
Bakı, 19 oktyabr, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Astara rayon sakinləri Rasim Şəfəqqətov, Xanlar Babayev, Xaçmaz rayon sakinləri Layiq Səbzəliyev, Ehtibar Bəşirov, Bakı şəhər sakini Taleh İsmayılov və Yevlax rayon sakini Şəhriyar Hüseynov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və 500 metrdən artıq sintetik tor yığışdırılıb. Faktla bağlı akt, protokol tərtib edilib və brakonyerlər ümumilikdə 4200 manat məbləğində cərimələnib.
B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Kəlbəcər rayon sakini Murğuz Mamedov, Astara şəhər sakini Namiq Əliyev, Bakı şəhər sakini Vilayət Əsgərov, Ağdaş rayon sakini Zimistan Hümmətov saxlanılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]