Qara dənizdə batan gəminin yeddi ekipaj üzvünün axtarışı davam edir
İstanbul, 25 noyabr, AZƏRTAC
Ötən həftə Türkiyə ərazisində hökm sürən güclü külək səbəbindən Qara dənizdə batan gəminin ekipaj üzvlərindən beşinin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, gəminin digər yeddi ekipaj üzvünün axtarışları davam edir.
Xatırladaq ki, noyabrın 19-da Qara dənizdə Türkiyə bayrağı altında üzən “Kafkametler” adlı gəmi fırtınadan qorunmaq üçün Ereğli limanına yan alıb. Rusiyadan İzmir vilayətinin Əliağa limanına yük daşıyan gəmi orada lövbər sala bilməyərək yenidən hərəkətə keçib. Qısa müddət sonra onunla əlaqə kəsilib.
Qeyd edək ki, havadan, qurudan və sudan davam edən axtarışlara çox sayda dalğıc və mütəxəssislə yanaşı, 300-ə yaxın texnika - təyyarələr, helikopterlər, patrul qayıqları və pilotsuz uçuş aparatları cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]