Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
Bakı, 23 may, AZƏRTAC
Bu ilin ilk 4 ayında ölkəyə 261 min 411 ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Yanvar-aprel aylarında idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri isə 317 milyon 218 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 351 milyon 949 min dollarlıq 289 min 510 ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilmişdi.