“Qarabağ” klubunun rəsmisi: Juninyonun “Sevilya”ya keçməkdən imtina etdiyini demək düzgün olmaz
Bakı, 8 yanvar, AZƏRTAC
“Juninyonun transferi təkcə onun qərarı ilə həll olunacaq məsələ deyil”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib.
O, bildirib ki, braziliyalı hücumçunun transferində təkcə bir klub maraqlı deyil: “Klublar həm bizimlə, həm də Juninyonun agenti ilə danışıqlar aparırlar. Onun “Sevilya”ya keçməkdən imtina etdiyini demək düzgün olmaz. Bunu həmin vaxt demək olar ki, hər üç tərəf müqavilə imzalayır və oyunçu başqa komandaya keçir. Yaxın günlərdə hadisələrin inkişafı, danışıqların istiqaməti aydınlaşacaq”.
Qeyd edək ki, Olavio Juninyonu Braziliyanın “Flamenqo” və İspaniyanın “Sevilya” klubu transfer etmək istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]