Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ” ordenli cəsur baş leytenant: Şəhid Kamran Kazımov

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də əzmlə vuruşaraq, düşmənə sarsıdıcı zərbələr endirib və əsl qəhrəmanlıq nümunələri göstərib. Vətən müharibəsi zamanı qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb və xəsarət alıb. Döyüş meydanlarında dəmir yumruqla erməni işğalçılarının başını əzərək, düşmənə diz çökdürən hərbi qulluqçularımızın şərəfli döyüş yolunu öyrənmək və cəmiyyətdə geniş təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur. Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur qəhrəmanlardan biri də baş leytenant Kazımov Kamran Qurbanəli oğludur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru, mayor Anar Əhmədovun “Qarabağ” ordenli cəsur baş leytenant” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Baş leytenant Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşki rayonunda anadan olub. Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant Qurbanəli Kazımovun və Elmira ananın böyüdüb tərbiyə etdiyi üç övladdan (Kamran, Xəyalə və Orxan) biri, həmçinin ailənin böyük övladı idi...

Orta təhsilini 1997-2008-ci illərdə Xətai rayonundakı şəhid Sədrəddin Həsənov adına 63 saylı orta məktəbdə alıb. Kamran orta məktəbdə oxuduğu illərdə karate ilə məşğul olub və 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəlib. Bununla yanaşı, musiqi ilə həvəskar səviyyədə məşğul olub və fortepianoda məharətlə ifa etməyi bacarıb. Fəal şagird kimi orta məktəbdə keçirilən tədbirlərdə, eləcə də ictimai işlərdə hər zaman fərqlənib.

Müddətli həqiqi hərbi xidmətini 2010-2011-ci illərdə Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Bu barədə məlumat verən, o dövrdə xüsusi təyinatlı dəstənin komandiri olmuş və Vətən müharibəsində iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Tural Novruzov cəsur silahdaşını öz üzərində çalışan fəal hərbi qulluqçu kimi xatırladığını deyir: “Xüsusi təyinatlıya xas olan bütün müsbət xarakterik xüsusiyyətlər Kamranda vardı. İradəli və dözümlü olmaq kimi müsbət keyfiyyətləri, hər zaman öz üzərində çalışması sayəsində dəstənin qabaqcıl hərbi qulluqçularından biri olmağı bacarmışdı. Yaxşı yadımdadır, dəstənin şəxsi heyəti ilə istər atəş və fiziki hazırlıq, istərsə də digər fənlər üzrə keçirilən praktiki məşğələlər zamanı göstərdiyi müsbət nəticələri ilə bağlı hətta bir neçə dəfə onu sıranın qarşısına çıxarıb, yoldaşlarına nümunə də göstərmişdim”.

Beləliklə, hərbçi ailəsində böyüyüb boya-başa çatan və uşaq yaşlarından bu peşəyə böyük həvəsi olan Kamran müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək, Vətənə olan borcunu şərəflə və böyük qürur hissi ilə yerinə yetirməyə başlayıb. Zabit kimi atasının yolunu davam etdirmək arzusunda olan Kamran Kazımov 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək “leytenant” hərbi rütbəsi alan Kamran yenidən “N” saylı hərbi hissədə xidmətini davam etdirib. 2017-ci ilin noyabrınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib. Nümunəvi komandir və bir zabit kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağa müvəffəq olub. Hər zaman yüksək döyüş hazırlığı və qüsursuz xidməti ilə fərqlənən hərbi qulluqçu kimi 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.

Keçirilən təlimlərə böyük həvəslə qatılan Kamranın ən böyük arzusu isə döyüş meydanında düşməni məğlub etmək və işğal olunan doğma Qarabağımızı yağı tapdağından azad etmək olub.

“N” saylı hərbi hissədə “Kobra” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş polkovnik-leytenant Füzuli İmrəliyev vaxtilə birgə xidmət etdiyi qrup komandirini böyük qürur hissi ilə xatırladığını deyir: “Müqəddəs torpaqlarımızın azad olunması ilə nəticələnən və tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində dəstəmizin 9 hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də qrup komandiri, baş leytenant Kamran Kazımovdur.

O, həm bir komandir, həm də olduqca vətənpərvər, ləyaqətli zabit kimi tabeliyində olan şəxsi heyət üçün hər zaman nümunə idi. İstəyərdi ki, keçirilən bütün praktiki məşğələlərdə məhz onun komandiri olduğu qrup birinci olsun və fəaliyyətini də əsasən bu istiqamətdə qururdu. Bir insan kimi çox səmimi, mehriban, gülərüz, tabeliyində olanlara qarşı son dərəcə diqqətcil idi. Dəstənin bütün şəxsi heyətinin uğuruna hədsiz dərəcədə sevinərdi.

Olduqca cəsarətli, gözündə heç zaman qorxu hissi olmayan bir komandir və mükəmməl döyüşçü idi. Elə döyüşdə də əsas amalı gözünü qırpmadan ancaq irəliyə - düşməni məğlubiyyətə uğradanadək üzərinə getmək olub. Onun qrupu cəsur komandirlərinin qorxmazlığından və vətənpərvərliyindən güc alaraq, döyüş meydanında əsl qəhrəmanlıqlar göstərdi”.

Baş leytenant Kamran Kazımovun döyüş yolu elə Vətən müharibəsinin ilk günündən - 2020-ci il sentyabrın 27-dən başlayıb. Bu tarixdən etibarən onunla birgə döyüşlərə qatılmış “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət edən qazi silahdaşları - çavuşlar Fərid Bağırlının və Ramiz Həsənovun qeyd etdikləri kimi Kamran komandir olmaqla yanaşı, həm də əsl döyüşçü kimi öz cəsurluğunu və qorxmazlığını Murovdağ istiqamətində bir sıra strateji yüksəkliklərin azad olunması uğrunda başlayan ilk hərbi əməliyyatlarda göstərib: “Gözündə heç bir qorxu hissi olmayan və hər zaman şəhid olmağı arzulayan komandirimiz vuruşmaqla yanaşı, şiddətli döyüşlərin gedişində irəli atılaraq neçə-neçə yaralı hərbi qulluqçumuzu ölümün cəngindən xilas edib və yenidən düşmənin başına od-alov yağdırıb”.

Çavuş Fərid Bağırlının qeyd etdiyi kimi Kamran elə onun özünü və baş çavuş Əsgər Əhmədovu (sonralar Cəbrayıl istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub) məhz düşmənin artilleriya atəşi altından xilas etmişdi.

Oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüş Kamranın sonuncu döyüşü oldu.

İştirakçısı olduğu bu hərbi əməliyyatlar barədə xatirələrini bizimlə bölüşən qazi çavuş R.Həsənov məhz cəsur komandirin rəhbərliyi altında qarşıya qoyulan bir çox döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirdiklərini deyir: “Bu döyüşdə baş leytenant K.Kazımov qrupun şəxsi heyəti ilə birgə düşmənin şəhər ətrafındakı yüksəkliklərdə yerləşən bir neçə strateji postunu ələ keçirərək, ermənilərin 38 nəfər canlı qüvvəsini, o cümlədən iki tankını, dörd topunu və biri sursat daşıyan olmaqla, iki avtomobilini məhv edib. Bundan qorxaraq, “UAZ” markalı avtomobillə döyüş meydanını tərk edərək qaçan düşmənin yüksək rütbəli komandirini və sürücüsünü baş leytenant Kamran Kazımov “Muxa” tipli qumbaraatanla cəhənnəmə vasil etdi. Təbii ki, bu məğlubiyyətlə barışmaq istəməyən və xeyli əlavə qüvvə toplayaraq yenidən hücuma keçən ermənilərin niyyətini yaxşı anlayan komandirimiz şəxsi heyət mühasirəyə düşməsin deyə onlara geri çəkilməyi əmr etdi. Özü isə iki silahdaşımızla birgə atəş dəstəyi ilə düşmənin irəliləməsinin qarşısını aldı. Lakin şiddətli döyüşün gedişində ağır yaralanan cəsur komandirimiz, eləcə də onunla birgə vuruşan Daxili Qoşunların digər hərbi qulluqçusu - baş çavuş Vüqar Cəfərov və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Orxan Əlimuradov qəhrəmancasına şəhid oldular”.

Baş leytenant K.Kazımov 2020-ci il oktyabrın 6-da Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Evli idi. Xalqımıza Aydan adlı qız və Ərtoğrul adlı oğul əmanəti qalan şəhidimizin yaxın aylarda üçüncü övladı da dünyaya göz açacaq.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr, 15 dekabr və 22 dekabr tarixli müvafiq sərəncamları ilə baş leytenant Kazımov Kamran Qurbanəli oğlu (ölümündən sonra) “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Kamranın ailə üzvlərinin və onunla birgə döyüşlərdə iştirak etmiş hərbçi yoldaşının xatirələri əsasında Azərbaycan Televiziyasının “TeleSəhər” verilişində efirə gedən “Cənnətində rahat uyu, cənab baş leytenant”, “Space” televiziya kanalında efirə gedən “Şəhidlik zirvəsi”, o cümlədən 30 yaşının tamam olması münasibətilə “ARB” televiziya kanalının “Günə doğru” verilişində yayımlanan “Şəhid baş leytenant Kamran Kazımov” adlı süjetlərdə qəhrəman zabitimizin gənc nəslə nümunə olan həyat və hərbi xidmət yolu barədə məlumatlar izləyicilərə təqdim edilib. Bundan əlavə, “525-ci qəzet”in 2021-ci il 22 yanvar tarixli sayında Şəhanə Müşfiqin müəllifi olduğu “Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!” sərlövhədə məqalədə digər şəhidlərimizlə yanaşı, cəsur silahdaşımızın da həyat və döyüş yolu işıqlandırılıb.

“Şəhid atası olmaq başucalığıdır”, - deyən hörmətli veteranımız Qurbanəli Kazımovun qeyd etdiyi kimi, Kamran indi təkcə onun yox, həm də bu Vətənin övladıdır. Vətən uğrunda canını qurban verən Kamran kimi igid oğullarımızın əziz xatirəsi isə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO