“Qarabağ”ın futbolçusu: Yunanıstanda detallar oyunun taleyini həll edəcək
Bakı, 29 yanvar, AZƏRTAC
"Sabah detallar oyunun taleyini həll edəcək".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqasının əsas mərhələsində Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri VIII tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O, hər oyuna müsbət nəticə qazanmaq üçün çıxdıqlarını bildirib: "Turnir cədvəlinə baxsaq, rəqib daha yaxşı durumdadır. Onlar növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparırlar. Bizim vəziyyətimiz isə ürəkaçan deyil. Aşağı pillələrdə olmağımıza baxmayaraq, turnirdəki çıxışımızı yaxşılaşdırmaq üçün sabah əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, yanvarın 31-də keçiriləcək “Olimpiakos”–“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [20:31]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:08]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]