“Qarabağ”ın oyunu ilə əlaqədar metronun “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə metropolitenin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.
Saat 20:45-də başlanacaq oyuna yollanacaq azarkeşlərin rahat və təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərə alınacaq.
Ümumən isə qatarlar bu gündən tətbiq edilmiş yeni payız-yaz qrafikinə uyğun hərəkət edir. Azarkeş marağını nəzərə alaraq, görüş başa çatdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin olunacaq. Ehtiyac yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]