“Qarabağın təbii ehtiyatları atlası”nın elektron variantı hazırlanıb
Xankəndi, 10 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
“Qarabağın təbii ehtiyatları atlası”nın hazırlanması məqsədilə təbii ehtiyatların siyahılaşdırılması və atlasın elektron variantda hazırlanması işləri yerinə yetirilib. Həmçinin “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən atlas üzərində əlavə kartoqrafik işlər aparılıb və bu ilin sonunadək çap olunması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin tapşırığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi məlumatlara əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hər biri üzrə ayrı-ayrılıqda 10 adda tematik xəritə elektron variantda hazırlanaraq, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutuna təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [10:38]
Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir
- 07.08.2026 [10:09]