Qaraçay-Çərkəzdə 150-dən çox insan kran suyundan zəhərlənib
Bakı, 6 oktyabr, AZƏRTAC
Sentyabrın əvvəlində Qaraçay-Çərkəzin (KÇR) Ust-Cequtinski rayonunda 150-dən çox insan, o cümlədən 121 uşaq kran suyundan zəhərlənib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahının Müdafiəsi Sahəsində Nəzarət Federal Xidməti məlumat yayıb.
Bildirilib ki, Ust-Cequtinski rayonunun dörd yaşayış məntəqəsində kəskin bağırsaq infeksiyasının kütləvi xəstəliyi ilə bağlı epidemioloji araşdırma aparılıb. Aparılan epidemioloji araşdırmalar zamanı 151 nəfərdə xəstəliyin səbəb-nəticə əlaqəsi müəyyən edilib, onlardan 126-sı 17 yaşadək uşaqlardır. Zəhərlənmənin mənbəyinin Ust-Cequtinski su təchizatı sistemindən əhaliyə verilən içməli su olduğu müəyyənləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]