Qaradəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karatenin WKF versiyası üzrə çempionat keçiriləcək
Bakı, 10 may, AZƏRTAC
İyunun 22-24-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunan Qaradəniz və Xəzəryanı ölkələrinin idmançıları arasında karatenin WKF versiyası üzrə çempionat keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq yarışda onadək ölkədən karateçilərin iştirakı gözlənilir. Üç gün ərzində keçiriləcək xatirə turnirində müxtəlif çəki dərəcələrində altı yaşlı uşaqlar, böyüklər və veteran idmançılar çıxış edəcəklər.
Xatırladaq ki, A.Aqarunovun anım günündə döyüş yoldaşları Milli Qəhrəmanın Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, onunla bağlı xatirələrini bölüşüblər.
Xatirə yarışının həmtəşkilatçısı Azərbaycan Milli Karate Federasiyasının media və ictimaiyyətlə əlaqələr üzrə katibi Sənan Məhərrəmov, “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov, yəhudi icmasının nümayəndələri, həmçinin Albert Aqarunovun döyüş yoldaşları çıxışlarında xatirə turnirinin əhəmiyyətini qeyd edib, turnirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Həmçinin belə tədbirlərin Azərbaycan ilə İsrail arasında dostluq münasibətlərinin bariz nümunəsi olduğu xüsusi qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]