QARSDA HEYDƏR ƏLİYEV PARKI
Türkiyənin Qars şəhəri bələdiyyə məclisinin yekdil qərarına əsasən, şəhərin mərkəzində yerləşən parklardan birinə və onun qarşısından keçən geniş küçəyə türk dünyasına əvəzsiz xidmətlər göstərmiş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adı verilmişdir.
Qarsdan İğdıra gedən yol isə bundan sonra Gəncə prospekti adlandırılacaqdır. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinə Qars şəhər bələdiyyəsinin sədri Məsum Güngör məlumat vermişdir.
Qars bələdiyyə məclisinin 27 iyul 2001-ci il tarixli qərarında deyilir: “Vilayət mərkəzindəki Buzxana şəlaləsi parkına və onun qarşısından keçərək Qafqaz Universitetinə gedən küçəyə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin adı verilsin. Həmin park və küçə müvafiq olaraq Heydər Əliyev parkı və Heydər Əliyev küçəsi adlandırılsın.
Qarsdan İqdıra gedən Diqor yoluna isə Gəncə prospekti adı verilsin.
Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Sədr: Nail Əlibəyoğlu
Katiblər: Altay Aydın
Camal Aydın”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]