“Qaşqay folklor örnəkləri” kitabının I cildi nəşr olunub
Bakı, 30 yanvar, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Qaşqay folklor örnəkləri” kitabının I cildi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Qaşqay türklərindən toplanmış müxtəlif folklor örnəklərindən ibarətdir. İndiyədək İranın güney və orta bölgələrində yaşayan Qaşqay türklərinin folkloru ölkəmizdə geniş şəkildə öyrənilməyib. Bu zəngin mənəvi irs haqqında yalnız pərakəndə şəkildə araşdırmalar aparılıb.
Kitabda Qaşqay folklor mədəniyyətinin orijinal şəkildə oxunması üçün təkmilləşdirilmiş sözlük də təqdim edilib.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 316 səhifəlik kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçi və “Ön söz” müəllifi filologiya elmləri doktoru, dosent Mətanət Abbasovadır. Mətnləri transliterasiya edənlər filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, İlahə Qurbanova və Səbuhi Bədəlov, redaktoru isə Lalə Bədirovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]