REGİONLAR
Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanıb







Qax, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında fransız yazıçısı Şarl Peronun “Yatmış gözəl” əsəri əsasında hazırlanan eyniadlı tamaşa üzərində məşqlər başa çatıb. Repertuar plana əsasən hazırlanan tamaşa sentyabrda, yeni teatr mövsümünün açılış günündə uşaqlara təqdim olunacaq.
Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rejissor, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Afət Yaqubova, Aynurə Abbasova, Elnarə Babayeva, Nuru Mustafayev, Araz Mehrablı, Azər Kərimov, Orxan Eminov və Vasif Fikrətli ifa edirlər. Tamaşanın rəssamı Günel Babayeva, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.