Qaxda ağacəkmə aksiyasında 400-dən çox ting əkilib
Qax, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə noyabrın 25-də Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən aksiya zamanı Qax şəhərinin müxtəlif ərazilərində 427 ədəd Şərq çinarı, sarağan və sərv ağacı, həmçinin 430 ədəd gül kolu əkilib. Əkilən ağaclar və gül kolları suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, könüllülər iştirak ediblər.