QAYALARA DIRMAŞMA ÜZRƏ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLMİŞDİR
Dağ idmanı klubundan AZƏRTAC-a bildirmişlər ki, Qobustan qayalıqlarında idmanın qayalara dırmaşma növü üzrə növbəti ölkə çempionatı keçirilmişdir.
İdmanın Hava və Ekstremal Növləri Federasiyasının himayəsi ilə çıxış edən Dağ idmanı klubunun komandası bir-birinin ardınca 7-ci dəfə 1-ci yeri tutaraq, Azərbaycan çempionu olmuşdur.
Çempionatın iştirakçıları 3 gün ərzində yarışlar üçün yol salınmış Qobustan qayalıqlarının ətəklərində qurulmuş çadırlarda yaşamışlar.
Yarışın birinci günü iştirakçılar müxtəlif dərəcəli maneələr olan 8 marşrut qət etmişlər. İkinci gün qoşa yarışlar keçirilmişdir. Hər bir iştirakçı qayalarla kifayət qədər çətin iki yol keçmişdir. Qalibi bu yolu qət etmək üçün sərf olunan vaxt müəyyənləşdirmişdir.
Yarışların üçüncü günü idmançıların maneəli yolda qayalara dırmaşması şəraitində keçmişdir. Bu yarışa qalan 2 mərhələdə ən yaxşı nəticə göstərmiş 10 kişi və 3 qadın buraxılmışdır. İdmançılar mümkün qədər yüksək zirvəyə dırmaşmalı idilər.
Çempionatın qalibləri 3 mərhələnin nəticələrinə əsasən müəyyənləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]