QAZAXDA BU İL 1.915 AİLƏYƏ ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI TƏYİN OLUNMUŞDUR
Qazax rayon əhalinin sosial müdafiəsi mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-iyulunda ünvanlı dövlət sosial yardımı almaq üçün mərkəzə 3.650 nəfər müraciət etmişdir. Onlardan 3.144 nəfərinin sənədləri qeydiyyata alınmışdır.
Mərkəzdə yaradılan komissiyada isə 2.490 nəfərin ərizəsinə baxılaraq 1.915 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.