Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də “Astana Arena”da Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmada komandamızın qolunu Sərtan Taşkın vurub.