Qazaxıstan ölkədən qanunsuz çıxarılan 2,3 milyard dolları geri qaytarıb
Bakı, 19 sentyabr, AZƏRTAC
2022-ci ildən bəri Qazaxıstanın hakimiyyət orqanları ölkədən qeyri-qanuni çıxarılmış ümumi məbləği 1 trilyon tengedən çox (təxminən 2,3 milyard dollar) olan aktivləri dövlət mülkiyyətinə qaytarıb.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumaqali deyib.
“Təkcə son 2,5 il ərzində antikorrupsiyaya xidməti cinayət işlərinin istintaqı çərçivəsində 1 trilyon tenge və ya 2,3 milyard dollardan çox vəsaiti geri qaytarıb”, - deyə Jumaqali bildirib.
Onun sözlərinə görə, qaytarılan aktivlər arasında pul, daşınan və daşınmaz əmlak, şirkətlərdəki paylar var. Onlar Avstriya, Fransa, Lixtenşteyn, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və digər ölkələrdən geri qaytarılıb.
Agentlik xatırladır ki, 2022-ci ilin iyununda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkə vətəndaşlarının xaricə qanunsuz olaraq çıxardıqları vəsaitlərin geri qaytarılması məqsədilə idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]