QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NURSULTAN NAZARBAYEVƏ
Hörmətli Nursultan Abişoviç,
Sizi yubileyiniz - anadan olmağınızın 65 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Sizin müdrik və ardıcıl siyasətiniz sayəsində Qazaxıstan dövlət müstəqilliyinin və suverenliyin möhkəmlənməsində, cəmiyyətin həyatının bütün sahələrində demokratik dəyişikliklər aparılmasında, beynəlxalq aləmdə öz mövqelərinin və nüfuzunun güclənməsində böyük uğurlara nail olmuşdur.
Siz Azərbaycanla Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin inkişafına və möhkəmlənməsinə sanballı töhfə vermisiniz. Əminəm ki, dövlətlərarası münasibətlərin genişlənməsi sahəsində birgə səylərimiz, irimiqyaslı transmilli layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq, regional və beynəlxalq strukturlarda qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın rifahının yüksəlməsinə, regionda sülh, təhlükəsizlik və tərəqqi işinə kömək edəcəkdir.
Əziz Nursultan Abişoviç, bu əlamətdar gündə Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyul 2005-ci il.