Qazaxıstanda dağ-metallurgiya şirkətinin ərazisində baş verən partlayışda iki nəfər həlak olub
Astana, 5 may, AZƏRTAC
Qazaxıstanın “Kazsink” dağ-metallurgiya şirkətinin ərazisində baş verən partlayışda iki nəfər həlak olub.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, Öskemen şəhərində “Kazsink” MMC-nin ərazisində alovla müşayiət olunan partlayışdan sonra FHN qüvvələri əraziyə cəlb olunub, axtarış-xilasetmə işləri aparılır. İlkin məlumata görə, yanğın lokallaşdırılıb, 5 nəfər tibb müəssisəsinə aparılıb.
Hadisə yerinə şəxsi heyətdən 40 nəfər və 10 ədəd texnika, eləcə də kinoloji qruplar və FHN-in Fəlakətlər Tibbi Mərkəzinin həkimləri cəlb edilib.
Baş verən yanğınla əlaqədar FHN-də operativ qərargah yaradılıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana