Qazaxıstanda elmi-tədqiqat Xəzər dənizi institutu yaradılacaq
Bakı, 30 oktyabr, AZƏRTAC
Qazaxıstanda Xəzər dənizinin ekoloji problemlərinin araşdırılması üçün elmi-tədqiqat institutu yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Su və İrriqasiya Sərvətləri Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik elmi-tədqiqat institutunun yaradılması haqqında qərar layihəsi hazırlayıb.
İnstitut Xəzər dənizinin ekoloji problemlərini, dəniz səviyyəsinin aşağı düşməsini, suitilərin və balıqların kütləvi tələf olmasını, Xəzər suitisinin populyasiyasının qorunmasını, ixtiofaunanı, akvatoriyanı və dəniz sahilini araşdıracaq. Digər Xəzəryanı dövlətlərdən olan həmkarlarla sıx qarşılıqlı əlaqənin təmin edilməsi institutun daha bir istiqaməti olacaq.
Bundan başqa, institut Xəzər dənizinin ekoloji sisteminin bütün istiqamətlər üzrə müstəqil və obyektiv informasiyasını təqdim edəcək. Əldə olunan məlumatlar dövlətlər və yerli icra orqanları tərəfindən kompleks tədbirlərin görülməsi üçün əsas kimi götürülə biləcək. Elmi təşkilatın yaradılması, həmçinin Xəzər dənizinin qorunması üzrə milli və beynəlxalq öhdəlikləri tam həcmdə icra etməyə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]