Qazaxıstanda Şımkent üzərində baş vermiş aviainsidentin araşdırılması üzrə komissiya yaradılıb
Astana, 13 yanvar, AZƏRTAC
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyində Şımkent şəhərinin hava məkanında baş vermiş ciddi aviasiya insidentinin araşdırılması üzrə komissiya formalaşdırılır.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, müvafiq əmrin verildiyi andan etibarən araşdırmanın müddəti, adətən, əlavə tədqiqatların və işlərin aparılması tələb olunmadığı halda üç aydan çox olmur.
İnsident yanvarın 10-da səhər saatlarında, iki xarici aviaşirkətə məxsus təyyarənin bir-birinə təhlükəli dərəcədə yaxın məsafədə olduğu zaman baş verib. Hər iki hava gəmisi Qazaxıstan ərazisindən tranzit reyslər həyata keçirib.
“Pobeda” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Vnukovo – Səmərqənd marşrutu üzrə uçuş həyata keçirib, “Uzbekistan Airways” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi isə Termezdən Moskvaya istiqamətlənib.
Təhlükəli yaxınlaşma anında hava gəmiləri Şımkent aviadi̇spetçerlərinin məsuliyyət zonasında olub.
Baş vermiş hadisə Mülki Aviasiya Qaydalarına uyğun olaraq ciddi insident kimi təsnif edilib və səlahiyyətli orqanlar tərəfindən araşdırılmalıdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]