Qazaxıstanın iri yataqlarında neft hasilatı 56 faizədək azalıb
Bakı, 28 noyabr, AZƏRTAC
Qazaxıstanın Tengiz, Kaşaqan, Karaçaqanak kimi ən iri neft yataqlarında hasilat 56 faizədək azalıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın energetika nazirinin müşaviri Şınqıs İlyasov bu barədə jurnalistlərin suallarına cavabında deyib. Onun sözlərinə görə, yaxın zamanlarda da hasilatın azalması müşahidə olunacaq.
“Qazaxıstan Energetika Nazirliyi vəziyyətin nə vaxt normallaşacağı barədə məlumata malik deyil”, - deyə Şınqıs İlyasov əlavə edib.
Xəzər Boru Kəməri Konsorsiumu dünən əlverişsiz hava şəraiti ilə əlaqədar dəniz terminalında neft yüklənməsini dayandırıb və sistemə neft qəbulu məhdudlaşdırılıb. Qazaxıstanın qərbindəki neft yataqlarını və Xəzər şelfindəki Rusiya yataqlarını Novorossiysk limanındakı dəniz terminalı ilə birləşdirən konsorsium hazırda Qazaxıstan neftinin əsas ixrac marşrutudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]