CƏMİYYƏT
Qazaxıstanla Azərbaycan QHT-lərinin əməkdaşlıq platformalarının qurulması müzakirə olunub
Bakı, 3 aprel, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qazaxıstana səfər çərçivəsində Qazaxıstan İnformasiya və Sosial İnkişaf Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Kojaxmet Madiyar və Vətəndaş Təşəbbüslərinə Dəstək Mərkəzinin rəhbərliyi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın qurulması, birgə mübadilə proqramlarının həyata keçirilməsi, Qazaxıstanla Azərbaycan QHT-lərinin, eləcə də Türk dövlətləri nəzdində əməkdaşlıq platformalarının qurulması müzakirə olunub.
Eyni zamanda, Agentliyin icraçı direktoru görüş çərçivəsində Vətəndaş Təşəbbüslərinə Dəstək Mərkəzinin, Qazaxıstan könüllülərinin və vətəndaş alyansının gördüyü işlərlə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:00]
YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb
- 07.05.2024 [19:17]
40-cı paralel üzərində…
- 07.05.2024 [18:37]