Qazaxıstanlı gimnast: Milli Gimnastika Arenası möhtəşəmliyi ilə insanı valeh edir
Bakı, 16 fevral, AZƏRTAC
Batut yarışlarında fərdi proqramda çıxışım uğurlu alınmadı. Proqramı yerinə yetirərkən etdiyim səhvlər aldığım xalda özünü göstərdi. Milli Gimnastika Arenasında çıxış etməkdən həzz alıram. Çünki bu arena möhtəşəmliyi ilə insanı valeh edir.
Bu sözləri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının qazaxıstanlı iştirakçısı Pirməhəmməd Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
Dünya Kubokundan əvvəl Bakıda ikihəftəlik təlim-məşq toplanışında iştirak etdiyini diqqətə çatdıran gimnast hazırlıq prosesində Azərbaycan Gimnastika Federasiyası tərəfindən onlar üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Bunun üçün Azərbaycan Gimnastika Federasiyasına öz təşəkkürünü bildirən atlet deyib: “Fərdi proqramda uğursuz çıxışıma görə narahat deyiləm. Qarşıda sinxron proqramda gücümü sınayacağam. Əzmkarlıq nümayiş etdirib finala vəsiqə qazanacağıma ümid edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]