“Qəbələ” komandası Xorvatiyada Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşıb
Bakı, 2 iyun, AZƏRTAC
Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 66-cı Kvarnerska Riviyera turnirində 1/4 final mərhələsinin oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin U-17 komandası yarımfinala vəsiqə uğrunda matçda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Minimal hesabla qalib gələn Lyublyana təmsilçisi yarımfinala adlayıb. Turnirdə ilk məğlubiyyətini alan “Qəbələ” mübarizəni dayandırıb.
Xatırladaq ki, U-17 komandamız qrupda Sloveniya “Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya “Omişal”ını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb və yerli “Osiyek”lə sülhə imza atıb - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:18]
Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib
- 18.06.2026 [11:20]
Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir
- 18.06.2026 [11:08]
Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib
- 18.06.2026 [10:41]
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar
- 18.06.2026 [08:05]