“Qəbələ” Sloveniyada dörd yoxlama oyununda gücünü sınayacaq
Bakı, 11 iyun, AZƏRTAC
“Qəbələ” futbol klubunun mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib. 2017/2018-ci il mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan komanda iyunun 12-də hazırlıqlara start verəcək.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Qəbələdə bir araya gələcək “qırmızı-qaralar” iyunun 18-dək məşqlərini doğma arenada keçirəcəklər. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.
Komanda UEFA Avropa Liqası ilə start verəcəyi 2018/2019-cu il mövsümünün hazırlığını Sloveniyada davam etdirəcək. İyunun 20-də bu ölkəyə yollanacaq “Qəbələ”nin təlim-məşq toplanışı iyulun 7-dək davam edəcək. Bu müddətdə komanda 4 yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [16:13]
“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək
- 18.06.2026 [16:10]
Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edilib
- 18.06.2026 [15:37]
Beynəlxalq dərəcəli hakimimiz Avropa Liqası matçlarını idarə edəcək
- 18.06.2026 [15:20]
Tomas Tuxel Xorvatiya ilə oyundan sonra FIFA-ya müraciət edib
- 18.06.2026 [14:15]
İsmayıl Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi oldu
- 18.06.2026 [14:13]
Adil Şükürov: “Səbail”lə müqaviləni uzatmaq planım yox idi
- 18.06.2026 [14:06]
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb
- 18.06.2026 [13:30]