REGİONLAR
Qəbələdə autizm və yaranma səbəblərinə həsr edilmiş tədbir keçirilib
Qəbələ, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC
2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qəbələ nümayəndəliyi, Qəbələ regional “ASAN xidmət” Mərkəzi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Sən fərqlisən” adlı tədbir keçirilib.
Tədbirdə autizmli uşaqlar və onların valideynləri, həmçinin aidiyyəti müəssisə və təşkilatların nümayəndələri, məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsil alan uşaqlar iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə GİKM Qəbələ nümayəndəliyinin direktoru Teymur Alşanov məlumat verib.
Bildirilib ki, tədbirdə autizm və onun yaranma səbəbləri, əlamətləri barədə ətraflı məlumat verilib. Daha sonra uşaq və gənclərin iştirakı ilə müxtəlif rəqslər və maarifləndirci çıxışlar təqdim olunub.