Qəbələdə karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlanıb
Bakı, 24 iyul, AZƏRTAC
Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin əməkdaşları birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb. Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.