Qəbələdə qiymətli ağaclardan ibarət yeni meşəliklər salınır
Qəbələ, 28 mart (AZƏRTAC). Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Rayonun baş meşəbəyisi İlqar Cəlalov AZƏRTAC-a bildirmişdir ki, cari ildə Qəbələdə yeni meşəliklərin salınması mövsümünə başlanılmışdır. Yaz mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyiliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 30 hektar sahədə mədəni meşəliklərin salınması nəzərdə tutulur. Bu günədək Yenikənd və Zarağan meşəbəyliklərinin ərazilərində 4 hektar sahədə ağac əkini aparılmışdır. Hazırda əraziyə qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərindən olan tinglər əkilir.
Rayon meşəçiləri əkin üçün 2730 kiloqram qiymətli ağac toxumu tədarük etmişlər. Bunun 1200 kiloqramını palıd, 700 kiloqramını qoz, 500 kiloqramını şabalıd, 160 kiloqramını göyrüş, 160 kiloqramını ağcaqayın, 10 kiloqramını tuya toxumu təşkil edir. Hazırda sahələrdə ağac əkini ilə yanaşı, toxum səpini də həyata keçirilir. Bu günədək 1 hektar sahədə toxum səpini aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]