Qəçrəş meşəsinin göz oxşayan payız mənzərələri - FOTOLENT
Quba, 30 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Həm qızmar yayda, həm də qarlı qışda turistləri özünə cəlb edən Qubanın məşhur Qəçrəş meşəsi qızılı payız mənzərələri ilə də göz oxşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəçrəş kəndi Quba rayonunun mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini seyr etməkdən zövq alırlar. Qəçrəş meşəsinin qızılı payız mənzərələrini izləmək üçün Qubaya üz tutanlar da az deyil.
Qəçrəş istirahət zonasında çəkilən fotoları təqdim edirik.