QƏMƏR ADALARI İTTİFAQININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB AZALİ ASSUMANİYƏ
Hörmətli cənab Prezident,
Qəmər Adaları İttifaqının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Qəmər Adaları İttifaqının dost xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 iyun 2005-ci il.